22.11.2024, 18:14
AZ EN
01.05.2024, 20:42 176

Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub

XƏBƏRLƏR
  • Ukrayna Ali Radasının nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev feysbuk səhifəsində paylaşımında bildirib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak etdim.

Bundan əlavə, nümayəndə heyətinin rəhbəri, Ukrayna Parlamentinin Vitse-spikeri Olena Kondratyuk, onun müşaviri və Ukraynanın Azərbaycandakı keçmiş Səfiri Oleksandr Mişenko ilə birlikdə Azərbaycan Milli Məclisinin Sədr müavini Adil Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə danışıqlar apardıq", - səfir qeyd edib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları iyun ayında İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti, 11-12 iyun 2024-cü ildə Berlində keçiriləcək Ukraynanın bərpası üzrə üçüncü konfrans, Ukrayna müharibəsinin nəticələrini aradan qaldırmaq üçün humanitar yardımın cəlb edilməsi olub. (Report)

Oxşar xəbərlər