15.05.2024, 17:31
AZ EN
29.04.2024, 10:04 302

Blinken delimitasiya ilə bağlı Paşinyanı sorğu-suala tutub

XƏBƏRLƏR

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyan  ilə telefon danışığı zaman Azərbaycanla sərhədlərin delimitasiya prosesinin gedişi barədə də söhbət aparıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Baş nazirin mətbuat katibinə istinadən məlumat yayıb. Bildirilir ki, tərəflər aprelin 5-də keçirilən üçtərəfli görüşdə Brüsseldə əldə olunmuş razılaşmaların icrasını, eləcə də İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini müsbət qiymətləndirib, Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığının başa düşülən olduğunu vurğulayıb. O, qeyd edib ki, delimitasiya prosesinin sülh razılaşmasına gətirib çıxarması üçün  mümkün olan hər şey ediləcək.

Söhbət zamanı qeyd olunub ki, Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

Xatırladaq ki, ABŞ dövlət katibi dünən Ermənistan Baş naziri ilə telefonla danışıb. Entoni Blinken həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də zəng edib. O, ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər