Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edərkən deyib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən Ceyhun Bayramov İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib. (Report)