27.07.2024, 14:37
AZ EN
17.04.2024, 10:16 237

Rusiya sülhməramlıları Qarabağı tərk edir

XƏBƏRLƏR
  • 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsindən sonra Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.

Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır.

Xatırladaq ki, sülhməramlıların Qarabağ bölgəsini tezliklə tərk edə biləcəyi barədə ilk məlumatı Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin iki gün əvvəl söyləmişdi. O, Azərbaycanın suveren ərazisi olan Qarabağda yaşayan etnik ermənilərin bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlılarının həmin zonada qalması zərurətinin azaldığını söyləmişdi: “Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi sülhməramlıların geri çəkilməsi ilə bağlı məsələni ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt, hərbçilərimizin Rusiyadan kənarda ölkəyə vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri daha da azalıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər