08.09.2024, 07:40
AZ EN
20.07.2022, 15:50 409

Ceyhun Bayramov və Çavuşoğlu regional vəziyyəti müzakirə edib

XƏBƏRLƏR
  • 20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

XİN-dən verilən xəbərə görə, nazirlər, Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə cari regional vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər