19.10.2024, 18:43
AZ EN
23.09.2023, 14:18 225

Azərbaycana reinteqrasiya Qarabağ ermənilərinin təhlükəsizliyinin yeganə yoludur - Karina Eritsyan

XƏBƏRLƏR
  • Qarabağın erməni sakinlərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur.

Bu barədə Qarabağ Erməniləri Hərəkatının üzvü Karina Eritsyan deyib.

"Hələ də "müstəqillik" arzusunda olanlar başa düşməlidir ki, vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq barədə danışıqlar aparır. Bu kontekstdə Qarabağ ermənilərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur.

Qarabağ erməniləri başa düşməlidir ki, onların taleyi ABŞ, Fransa, Ermənistan və digərlərindən deyil, onların özlərindən asılıdır. Xarici dövlətlər kömək etməyəcək. Bundansa reinteqrasiya və Azərbaycanda birgə yaşayış məsələsində ciddi yanaşma ortaya qoymaq lazımdır", - deyə o əlavə edib. (Trend)

Oxşar xəbərlər