09.06.2025, 02:16
AZ EN
20.07.2022, 08:00 407

NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

XƏBƏRLƏR
  • "NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir".

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib.

"Bu gün NATO-nun baş qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş oldu. Baş katib Stoltenberq Azərbaycan ilə tərəfdaşlığımızın əhəmiyyətini vurğuladı və gələcək əməkdaşlıq sahələrini müzakirə etdi", - Kolomina bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.

"NATO həmçinin Bakının Avropaya enerji təchizatını artırmaq səylərini dəstəkləyir", - deyə xüsusi nümayəndə vurğulayıb. (APA)

Oxşar xəbərlər