27.07.2024, 13:04
AZ EN
02.04.2024, 19:25 191

Gələn il Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin açılışı olacaq

XƏBƏRLƏR
  • Dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi onun 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburqda ucaldılacaq.

Bunu Bakıda rəsmi səfərdə olan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

"Biz Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında, onun anadan olmasının 140 illiyində baş tutacaq", - qubernator bildirib.

Abidənin müəllifi heykəltaraş, Rusiya Rəssamlıq Akademiyası və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın Zeynalovdur.

Qeyd edək ki, Üzeyir Hacıbəyli (1885-1948) 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Bu müddətdə o, “Arşın mal alan” musiqili komediyasını yazıb. (Report)

 

Oxşar xəbərlər