19.10.2024, 17:21
AZ EN
30.03.2024, 11:46 205

Səfir: Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın xahişi ilə yerləşdirilib

XƏBƏRLƏR
  • Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın xahişi ilə yerləşdirilib.

Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Azərbaycanla sərhəddə müşahidə postlarının yerləşdirilməsini şəxsən xahiş edib.

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Ermənistanın suverenliyinin yeganə real təminatının ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının və rus sərhədçilərinin mövcudluğu olduğunu bildirib.

Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb.

"Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır", - deyə Rusiya XİN bildirib. (Trend)

Oxşar xəbərlər