18.10.2024, 20:20
AZ EN
19.03.2024, 19:05 184

Azad edilmiş ərazilərin turizm potensialı beynəlxalq sərgidə təqdim olunub

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı Rusiyada keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində təqdim olunur.

Bu fikirləri Rusiya bürosuna açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə söyləyib.

K.Quluzadə deyib ki, sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.

“Rusiya Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Ötən il Azərbaycana səfər edən xarici turistlər arasında ilk yeri məhz Rusiya vətəndaşları tutub. Belə ki, 40 faiz artımla Rusiyanın 624 mindən çox vətəndaşı Azərbaycana səfər edib. Rusiya vətəndaşlarının xarici ölkələrə etdikləri səfərlər arasında da ilk yeri Azərbaycan tutur. Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayını daha da artırmağı planlaşdırırıq”, - Agentlik rəsmisi bildirib. (Report)

Oxşar xəbərlər