19.12.2024, 06:38
AZ EN
18.03.2024, 18:30 240

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

XƏBƏRLƏR
  • Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Çanaqqala dəniz zəfəri və 18 Mart - Şəhidləri Anım Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Türkiyənin bu tarixi Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbir Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Çanaqqala vilayətində baş tutub.

Səfir Rəşad Məmmədov tədbir çərçivəsində Çanaqqala döyüşlərində şəhid olan Azərbaycan oğullarına həsr olunan xatirə abidəsini ziyarət edib. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edən səfir abidə önünə tər güllər qoyub.

Xatırladaq ki, Azərbaycan-Türkiyə qardaşlığının və ölkələrimizin tarixi bağlarının rəmzlərindən sayılan Çanaqqala döyüşlərində şəhid olanlar arasında üç mindən çox azərbaycanlı var. (AZERTAC)

Oxşar xəbərlər