19.10.2024, 19:44
AZ EN
14.03.2024, 19:05 184

Ukrayna KİV-ləri: Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı Ukraynanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

“TCN.ua”, “Antikor”, “Yevropeyska Pravda”, “Kurs Ukraini”, “Pravda”, “Ren.tv”, “Ukr.net” və digər xəbər saytlarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışında Ermənistanla sülh danışıqlarına dair fikirləri yer alıb.

Dövlətimizin başçısının sitatına istinadla qeyd edilib ki, indi Azərbaycan Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxındır. “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”, - deyə məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadla vurğulanıb.

Məqalələrdə daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd olunub ki, Bakı Yerevanla sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub. Azərbaycan sülhün əldə olunmasını istəyir. Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb. (AZERTAC)

Oxşar xəbərlər