22.11.2024, 01:18
AZ EN
09.03.2024, 10:55 183

Şura rəhbəri: "Quran"ın yandırılması əqidə və din azadlığına qarşı atılan addımdır

XƏBƏRLƏR
  • "Quran" kitabının yandırılması əqidə azadlığına, dini azadlığa qarşı atılan addımdır".

Bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan haqqları" adlı panel müzakirəsində Almaniyadakı Müsəlmanların Mərkəzi Şurasının prezidenti Aiman Mazyek çıxışında bildirib.

O deyib ki, təmsil etdiyi qurum Almaniyadakı 19 islam icmalasını birləşdirən bir assosiasiyadır: "İstər müsəlmanlara, istər, yəhudilərə, istərsə də xristianlara qarşı atılan ekstremist addımlar fundamental insan hüquqlarına ziddir".

O bildirib ki, ayrı-seçkiliyin, irqçiliyin ən mühüm təzəhürlərindən biri də ikili standartlardır: “"Quran"ın yandırılması əqidə azadlığına, dini azadlığa qarşı atılan addımdır. Amma təsəvvür edin ki, "Tövrat" və ya digər müqəddəs kitablar yandırılsa idi reaksiya necə olardı? Müsəlman ölkəsində bu edilsə idi bunu İslam terrorizmi kimi qələmə verərdilər. Və yaxud terror aktı törədilən zaman onlar bunu "Müsəlmanlar terror aktı törədir" kimi təqdim edirlər, bu ikili standartlardır, çünki əslində terrorun dini yoxdur".

O vurğulayıb ki, İslamafobiya bəşəriyyətə qarşı bir addımdır: "Qərb ölkələrində artan İslamafobiya ilə mübarizədə addımlar atarkən biz keçmiş səhvlərimizdən nəticələr çıxarmalıyıq, müsəlman icmalarında işlər görülməlidir. İslamın siyasi alətə çevrilməsinin qarşısını almalıyıq. İslamafobiya ilə mübarizədə ikili standartların aradan qaldırılması vacibdir. Maarifləndirici kampaniyalar aparılmalıdır, dinlərarası dialoq olmalıdır". (APA)

Oxşar xəbərlər