21.11.2024, 22:57
AZ EN
08.03.2024, 09:53 249

Fərid Şəfiyev: Natəvanın Fransadakı abidəsinin üzərinə boya atmaqla yanaşı, bir sıra hissələri dağıdılıb

XƏBƏRLƏR
  • Qlobal media qərb dünyası tərəfindən tənzimlənir. Biz mediada ayrı-seçkiliyin şahidi oluruq.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.

"Azərbaycan bu kimi mövzularda tədbir keçirəndə tənqid olunur. Eləcə də COP29 da bu tədbirlərdən biridir ki, ölkəmiz yerli-yersiz tənqidə məruz qalır", - o deyib.

Fərid Şəfiyevin sözlərinə görə, əslində, bizə lazım olan akademik həmfikirliyin formalaşmasıdır:

"Biz kiçik layihələrdən başlaya bilərik. Təəssüf ki, geosiyası məsələlərdə də islamofobiyanın başqa formalarda təzahürlərini görürük. Biz bəzi qərb ölkələrində birtərəfli yanaşmanın şahidi oluruq ki, bu hətta universitetlər səviyyəsində təbliğ olunur".

Mərkəz rəhbəri İslamofobiya ilə bağlı tədbirin 8 Mart Gününə təsadüf etdiyi üçün iştirakçı qadınlardan üzr istəyərək əlavə edib:

"Xurşidbanu Natəvan xeyriyyəçi bir imza olub. Amma bu günlərdə şahidiyik ki, onun Fransadakı abidəsinə vandallıq aktı törədilib. Azərbaycan gördü ki, Fransa hökuməti prosesin qarşısını almaq üçün heç bir addım atmır və abidəni səfirliyin ərazisinə köçürdü. Biz köçürmə zamanı gördük ki, abidənin üzərinə boya atmaqla yanaşı, bir sıra hissələri dağıdılıb. Beynəlxalq qadınlar günündə İslamifobiyadan danışırıqsa, sözügedən hal hamı üçün işarə olmalı, birgəfəliyyəti vacib qılmalıdır". (APA)

Oxşar xəbərlər