Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan o cümlədən Moskvanın səyləri sayəsində ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.
Gerasimov qeyd edib ki, Qərbin dağıdıcı hərəkətlərinə qarşılıq olaraq Rusiya Cənubi Qafqaz regionunda konstruktiv tədbirlər həyata keçirir: "Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişləri göz qabağındadır".
Rusiya SQ-nin Baş Qərargah rəisinin sözlərinə görə, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında dövlətlərarası ayırıcı xəttinin ən çətin hissələrindən birinin demarkasiyası artıq başa çatıb. (APA)