Bu fikirləri türkiyəli siyasi ekspert Güngör Yavuzaslan qeyd edib.
Artıq istər Azərbaycan, istərsə də Türkiyədə Qərbi Zəngəzurla bağlı tədbirlərin keçirildiyini qeyd edən ekspert bildirib ki, bu bölgələri - Qərbi Zəngəzur həqiqətlərini dünyaya doğru tanıtmaq olduqca vacibdir.
“Türk dünyasının Qərbi Azərbaycan strategiyası, oradaki tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması zəruridir. Azərbaycan Prezidenti İlham Əliyev yeni dövrün strategiyasını müəyyən etdi, işğal altındakı torpaqlar azad edildi. İndi Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vaxtı gəlib”. (AZƏRTAC)