23.11.2024, 00:56
AZ EN
04.03.2024, 09:55 250

Lavrov Türkiyədən Ermənistanın bostanına daş atdı: "Qonşuları və dostları ilə yox, onların düşmənləri ilə...."

XƏBƏRLƏR

“Rusiya Ermənistandan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı statusu ilə bağlı qərar gözləyir”.

"Vətən səsi" xəbər verir ki, bunu Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Ermənistanın regional və beynəlxaq siyasət meydanında yanlış addımlar atmasından şikayətlənən nazir qeyd edib ki, İrəvanın bu məsələ ilə bağlı qərar verməsinin vaxtı çatıb: “Yekun qərarın nə olacağının rəsmi təsdiqini gözləyirik. Çünki deyirlər ki, de-fakto donduracağıq, amma de-yure dondurmaq istəsək, KTMT-ni tərk edəcəyik. Bax, ortaya belə mənzərə çıxıb. İstərdik ki, erməni həmkarlarımız qərar versinlər”.

Lavrov vurğulayıb ki, Ermənistan hakimiyyəti qonşuları və dostları ilə deyil, onların düşmənləri ilə münasibətlər qurmaq istəyir: "Ermənistan rəhbərliyi nədənsə da belə hesab edir ki, öz taleyini, tarixən onlarla həmrəy olan ən yaxın qonşular və xalqlarla əməkdaşlıqla deyil, onların dostlarına qarşı mövqedə olanlarla birlikdə qurmalıdır".

Xatırladaq ki, Segey Lavrov III Antalya Diplomatiya Forumu  çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla Qafqazdakı sülh prosesini müzakirə edib. Hakan Fidan forumun bağlanış mərasimindən sonra keçirilən mətbuat konfransında rusiyalı həmkarı ilə görüşdən məmnunluğunu ifadə edib: "Rusiyanın xarici işlər naziri ilə ikitərəfli münasibətlərlə yanaşı, regional vəziyyəti də müzakirə etmək imkanımız oldu. Görüş zamanı Qafqazdakı sülh prosesi, Qara dənizdə və Suriyada baş verənlər müzakirə mövzusu oldu".

Elxan SALAHOV

Oxşar xəbərlər