19.10.2024, 23:27
AZ EN
01.03.2024, 20:05 179

Aİ Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə səylərin davamına ümid edir - Toivo Klaar

XƏBƏRLƏR
  • Avropa İttifaqı (Aİ) Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə səylərin davamına ümid edir.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatik Forumunda panel müzakirəsində deyib.

"Həmkarlarım - müzakirə iştirakçıları, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşması üçün mühüm addımlar atıblar və biz ümid edirik ki, bu fəaliyyət davam edəcək və konkret nəticələr verəcək.

Son nəticədə, Cənubi Qafqazda və onun vasitəsilə gərginliyin azaldılması, ticarətin və investisiyaların artırılması hər üç region ölkəsinin, eləcə də Türkiyənin rifahını yaxşılaşdıracaq", - o deyib.

Onun sözlərinə görə, bu, həmçinin, Aİ üçün aşkar faydalar gətirəcək. (Trend)

Oxşar xəbərlər