Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda keçirilən “Böyük Türkiyə vizyonu” panelində çıxışı zamanı deyib.
O bildirib ki, bu qələbə həm də Türkiyənin və bütövlükdə Türk dünyasının qalibiyyətidir: "Biz qardaş Azərbaycanın yanında olduq, güclü həmrəylik göstərdik. Bu həmrəylik müqəddəs həmrəylikdir".
F.Altunun sözlərinə görə, bu həmrəylik nəticəsinə gələcəkdə Türk dünyasına vurulmaq istəyən zəncirlər qırılacaq: "Biz həmrəyliyimizi indi də davam etdiririk". (Report)