08.09.2024, 05:23
AZ EN
27.02.2024, 17:51 178

Ermənistan qonşuları barədə Fransaya kəşfiyyat xidmətləri göstərəcək

XƏBƏRLƏR

Ermənistan hökuməti Fransada əldə etdiyi gizli razılaşmadan sonra Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələri birdəfəlik kəsməyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bunu Moskvadakı Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Anadolu” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisə sonuncu səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla bu barədə danışıqlar aparıb: "Həmin görüşdə Ermənistanın KTMT-dən çıxması məsələsi bağlı qapılar arxasında müzakirə olunub. Parisdən qayıtdıqdan sonra Paşinyanın verdiyi açıqlamalar və onun siyasi addımları, baş verən hər şey Makronla razılaşdırılmış fəaliyyət planıdır”.

İqor Korotçenko vurğulayıb ki, Paşinyanın Parisə səfəri zamanı Fransa kəşfiyyatı ilə yeni qurulmuş erməni kəşfiyyatı arasında əvvəlcədən razılaşdırılmış məsələlər üzrə dörd ölkə ilə məlumat mübadiləsinə dair razılıq əldə olunub. Onun sözlərinə görə, söhbət Azərbaycan, Türkiyə, İran və Rusiyadan gedir.

Korotçenko qeyd edib ki, Fransa Ermənistana Ermənistan sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyətə dair məlumatları ehtiva edən peyk məlumatlarını da ötürəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər