Bu barədə Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Hikmət Babaoğlu deyib.
O, bildirib ki, guya Ermənistan Qərbi Azərbaycanlılara kompensasiya ödəyib: “Ermənistan xarici işlər nazirinin bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Ararat Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən sonra, evlər təmir edildikdən sonra, həmin evlər ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdandı”. (APA)