22.05.2024, 00:12
AZ EN
31.01.2024, 08:00 268

Gözdən əlil seçicilər üçün hər məntəqədə ən azı bir trafaret olacaq

XƏBƏRLƏR
  • “Brayl əlifbası ilə gözdən əlil seçicilərimiz üçün hazırlanan trafaretlər artıq 2003-cü ildən bəri Mərkəzi Seçki Komissiyasının reallaşdırdığı ənənəvi layihələrdən biridir. Bu seçkilərdə də həmin addımı atacağıq”.  

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

“Sözügedən Brayl əlifbası ilə hazırlanmış trafaretlər məntəqələrə təqdim olunacaq ki, səs vermək üçün gələn gözdən əlil seçicimiz heç kimin köməyi olmadan səsvermə hüququndan istifadə etsin. Əlbəttə, Seçki Məcəlləsində ehtiva olunduğu kimi, onlara başqa bir seçici də kömək edə bilər. Ancaq biz hər bir seçicinin müstəqil şəkildə öz səsini verməsini istərdik. Ona görə 6 537 məntəqənin hər biri üçün trafaretlər hazırlanaraq bülletenlərlə birlikdə dairə və məntəqə seçki komissiyalarına təqdim olunacaq. Biz çalışırıq ki, hər məntəqədə ən azı bir trafaret olsun. Lakin araşdırmalarımız nəticəsində məlum olur ki, bəzi məntəqələrdə gözdən əlil seçicilərimizin sayı daha çoxdur. Həmin məntəqələr müəyyənləşdirilərək oraya Brayl əlifbası ilə hazırlanan trafaretlər daha çox verilir”.

S.Süleymanova

Oxşar xəbərlər