Bu barədə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan məlumat verilib.
Bildirilib ki, abidə ölkənin Sumı vilayətinin Yeni Sloboda kəndində yerləşir və 1942-ci ildə nasistlər tərəfindən qətlə yetirilmiş uşaq, qadın və qoca daxil olmaqla 600 yaxın şəxsin xatirəsinə ucaldılıb. “Kolokol skorbi” memorialına Krukova, Lidica, Xatın, Pirçupis qətliamları ilə bağlı informasiya lövhəsi əlavə edilib.
Artıq memorial kompleksdə Xocalı soyqrımı ilə bağlı informasiya stendi quraşdırılıb. Memoiral kompleks Azərbaycanın Fəxri Konsulluğunun himayəsinə götürülüb və onun saxlanılması və abadlaşdırılması üçün işlərə dəstək göstərilir.
Qeyd edilib ki, 2020-ci ildə Azərbaycanın fəxri konsulluğu tərəfindən qeyd edilən abidəyə Xocalı soyqrımı ilə bağlıda informasiya lövhəsinin qurulması təklifi irəli sürülmüşdür. (Report)