09.06.2025, 06:19
AZ EN
08.07.2022, 11:50 463

Mahir Abbaszadə yeni yaradılan dostluq qrupunun rəhbəri seçildi

XƏBƏRLƏR
  • Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu yaradılır.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə aparılıb.

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər layihəsinə əsasən, yeni formalaşdırılan Azərbaycan və Əlcəzair parlamentlərarası işçi qrupuna deputat Mahir Abbaszadənin rəhbərliyi təklif edilib.

Layihə səs qoyularaq qəbul olunub.

Qeyd edək ki, bununla da Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı 84-ə çatıb. (Modern)

Oxşar xəbərlər