21.11.2024, 22:56
AZ EN
05.12.2023, 20:26 249

Azərbaycan dövlətinə qarşı növbəti uğursuz dezinformasiya əməli ifşa olundu

XƏBƏRLƏR
  • Azərbaycan dövlətinə qarşı növbəti uğursuz dezinformasiya əməli ifşa olundu.

Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır. Belə ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia, sadəcə, cəfəngiyyatdır.

Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir.

Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəklin Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq. (AZERTAC)

Oxşar xəbərlər