18.10.2024, 16:19
AZ EN
13.02.2024, 13:38 226

Kreml Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb

XƏBƏRLƏR
  • Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan sərhədində baş verən gərginliyi şərh edərkən bildirib.

O, Azərbaycanla Ermənistan arasında təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini söyləyib.

“Bu, təmas xəttindən gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq. Diqqətlə izləyəcəyik”, - deyə Kreml sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, bu cür hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam edəcəyinə ümid etdiyini də söyləyib. (APA)

Oxşar xəbərlər