20.09.2024, 07:54
AZ EN
05.02.2024, 15:44 254

ABŞ şirkəti: "Zəngəzur dəhlizi Azərbaycanın şərtləri əsasında açılacaq"

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilin birinci yarısında imzalana bilər. Sazişə Zəngəzur dəhlizi ilə bağlı müddəaların daxil edilməsi ehtimalı yüksəkdir.

"Vətən səsi" xəbər verir ki, ABŞ-dakı məşhur “Fitch Group” şirkətinin Zəngəzur dəhlizi ilə əlaqədar hazırladığı proqnoz-hesabatda belə deyilir. Şirkətin analitikləri hesab edirlər ki, həm Orta Asiyanı, həm də Qafqaz regionunu Avropa ilə bir-birinə bağlayan bu nəhəng nəqliyyat-kommunikasiya layihəsi Qərb ölkələri tərəfindən də dəstələnir. Bu isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanma ehtimalını artıran mühüm faktorlardan biri hesab olunur.

ABŞ şirkətinin proqnozlarında o da xüsusi olaraq vurğulanır ki, Zəngəzur dəhlizinə Azərbaycanın nəzarət etmək imkanları daha geniş və güclüdür. Belə olan halda iki ölkə arasında imzalanacaq sülh sazişində bu məsələ ilə bağlı müddəalar da yer alacaq. Üstəlik, dəhliz rəsmi Bakının irəli sürdüyü şərtlər əsasında açılacaq.

Ermeni politoloq Suren Surenyants “Fitch Group” şirkətinin məsələ ilə əlaqədar proqnozunu şərh edərkən deyib ki, ABŞ-da fəaliyyət göstərən şirkətin analitiklərinin bu qənaəti təsadüfi deyil. Onun sözlərinə görə, artıq həm ABŞ-da, həm də bəzi Qərb ölkələrində Zəngəzur dəhlizinin real kommunikasiyaya çevriləcəyindən danışırlar.

Erməni mətbuatının yaydığı məlumata görə, Surenyants bildirib ki, ABŞ şirkəti tərəfindən açıqlanan proqnoz Azərbaycan və Ermənistanın yox, geniş şəbəkəyə malik r Qərb mərkəzinin təhlillərdən çıxan hesablamalarıdır: “Ermənistan rəhbərliyi dəhliz mövzusunu gündəmdən çıxara bilmədi. Təəssüf ki, bu məsələnin həlli Ermənistan üçün 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda göstərilən müddəalardan daha mürəkkəb olacaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmayacağının və ya həmin müqavilənin kimin vasitəçiliyi ilə imzalanmasının heç bir əhəmiyyəti yoxdur. Zəngəzur dəhlizi ilə bağlı imzalanacaq hər hansı sənəd Ermənistan üçün 10 noyabr bəyanatından daha yaxşı olmayacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR