“Vətən səsi” “secki-2024.az” saytına istinadən xəbər verir ki, məqalədə xüsusilə ABŞ-nin “Oracle Advisory Group” təşkilatının seçkilərdəki fəaliyyətinə toxunulub. Bildirilib ki, “Oracle Advisory Group” qlobal miqyasda böyük təcrübəyə malikdir.
“Bu qrup demokratik, şəffaf və ədalətli proseslərin təmin edilməsinə sadiqliyini göstərərək Azərbaycanda keçiriləcək seçkilərdə növbəti dəfə sorğular aparacaq”, - deyə məqalədə qeyd olunub.
Seçkilərin ilk dəfə bütün Azərbaycan ərazisində keçirilməsi faktı xüsusi vurğulanan yazıda qeyd olunur ki, “Oracle Advisory Group” işğaldan azad olunmuş ərazilərdəki seçki prosesi zamanı da faəliyyət göstərəcək.
Xatırladaq ki, “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasından akkreditasiyadan keçib. Təşkilat artıq seçkiqabağı ilk sorğusunu da keçirib və nəticələrini ictimaiyyətə açıqlayıb.
S.Süleymanova