19.09.2024, 06:09
AZ EN
04.02.2024, 10:02 260

Ceyhun Məmmədov: “Azərbaycan seçkilərə ən yüksək səviyyədə, ən müasir formada gedir”

XƏBƏRLƏR
  • “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkənin bütün ərazisində seçkilər keçiriləcək. Hesab edirəm ki, bu özü özlüyündə tarixi bir hadisədir”.

“Vətən səsi” “secki-2024.az” saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan qalib ölkədir, öz torpaqlarını işğaldan azad edərək bütün suveren ərazilərində nəzarəti tam bərpa edib.

“Bu gün biz sevinirik ki, Xankəndidə, Xocavənddə, Xocalıda, bütün azad edilmiş ərazilərdə seçkilər keçiriləcək və bu, bir daha Azərbaycanın gücünün, qüdrətinin, zəfərinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə 20-dən artıq seçki məntəqəsi yaradılıb və bütün ərazilərdə seçkilərə çox ciddi hazırlıq gedir. Hesab edirəm ki, Azərbaycan seçkilərə ən yüksək səviyyədə, ən müasir formada gedir və seçkilərin şəffaf, ədalətli keçirilməsi üçün də bütün zəruri tədbirlər görülüb”,- deyən deputat hesab edir ki, bu seçkilərlə Azərbaycan növbəti tarixi uğura imza atmış olacaq.

Ceyhun Məmmədov bildirib ki, artıq Azərbaycanın qarşısında yeni hədəflər var və bu hədəflərə çatmaq üçün bütün zəruri addımlar atılır: “Burada vətəndaşların da üzərinə çox mühüm vəzifələr düşür: Seçki günü fəal olmaq, seçkilərdə aktiv iştirak etmək və Azərbaycanın xöşbəxt gələcəyinə səs vermək”.

S.Süleymanova

Oxşar xəbərlər