Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
"Bizim həqiqətən orada [Qarabağda] sülhməramlılarımız var. Amma bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazilərinin bir hissəsində yerləşdirilib. (Trend)