19.10.2024, 19:25
AZ EN
23.01.2024, 20:36 194

ABŞ təşəbbüskar mövqeyini ortaya qoyur: Azərbaycan və Ermənistanla sülh sazişi üzrə işləməkdə maraqlıdır

XƏBƏRLƏR
  • Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır.

Bunu keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

Məsələni şərh edən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında fəal iştirak etmək niyyətini ifadə edib.

"Eyni zamanda anlayırıq ki, Cənubi Qafqaz uğrunda da geopoltik mübarizə gedir. Sanki vasitəçilik uğrunda olan yarışda ABŞ geridə qalmaq istəmir. Son dövrlər Rusiya kifayət qədər aktivləşib. Rusiya köhnə postsovet məkanında öz maraqlarını daha da gücləndirmək addımlarını atdıqca, ABŞ-də öz təşəbbüskar mövqeyini ortaya qoyur. Lakin neytral vasitəçi olmaq və erməni güc mərkəzlərinin təsirinə düşməmək önəmlidir. Bu halda Cənubi Qafqazda münasibətlərin nizamlanması istiqamətində vasitəçilik özünü doğrulda bilər. Vurğulamaq istəyirəm ki, Brüssel formatı öz mahiyyətini itirir. Münasibətlərin normallaşdırılması üçün kifayət qədər fəaliyyət göstərmişdir və fəaliyyəti də yüksək qiymətləndirilib", - deyə polioloq əlavə edib.

İ. Hüseynov bildirib ki, ABŞ birbaşa proseslərə müdaxilə eləmək istəyir.

"Sülh müqaviləsi əgər imzalanacaqsa, bu ABŞ meydançasında imzalansın. Eyni zamanda Vaşinqton öz sülh gündəliyini də yaratmaq istəyir. Artıq xarici işlər nazirləri səviyyəsində bir neçə dəfə məhsuldar görüşlər keçirilib. Bütün bu danışıqlar fonunda hər hansısa nəticə əldə olunmasa da, etimadın güclənməsinin elementlərini görürük. Biz ABŞ-nin nə istədiyini, məsələlərə nə verə biləcəyini, konstruktiv münasibət sərgiləyəcəyini görmək istəyirik", - deyə o, qeyd edib. (Trend)

Oxşar xəbərlər