“Azərbaycan müstəqillik uğrunda mübarizədə əlamətdar tarixə malikdir” sərlövhəli məqalədə dünyanı dəhşətə gətirən qanlı faciədən bəhs olunub. Qeyd edilib ki, sovet qoşunlarının törətdiyi amansız qanlı cinayət nəticəsində 150-yə yaxın insan həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.
Məqalənin müəllifi Azərbaycan xalqının müstəqilliyinin və suverenliyinin bərpası uğrunda mübarizədə keçdiyi çətin yoldan söhbət açıb. Sonda vurğulanıb ki, Azərbaycanın həmin taleyüklü gecədə həlak olanların xatirəsini bu gün də yad etməsi xalqın müstəqillik və firavanlıq arzusunun əzmindən və möhkəmliyindən xəbər verir.
Qeyd edək ki, “Diplomatic World Sweden” internet saytı İsveçdəki diplomatlar, siyasətçilər, diplomatik korpus və səfirlik əməkdaşları üçün nəşr olunur. Burada, ilk növbədə, müsahibələr, reportajlar, foto və video məzmunlar təqdim edilir, əsas diqqət milli bizneslər, ictimai təşkilatlar və media qurumları ilə tərəfdaşlıqlara, eləcə də yayım və sosial media platformalarına yönəldilir. (AZƏRTAC)