"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunan həmkarı ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, sülh sazişində əsas götürülməli olan məsələ fundamental prinsiplərin konsolidasiyasıdır: "Ərazi bütövlüyünün qeyd-şərtsiz və qeyri-müəyyənlik olmadan qarşılıqlı tanınması maksimum aydınlıq tələb edən məsələdir. Sazişdə sərhədin delimitasiyası prosesinin davam edəcəyi ilə bağlı aydın prinsiplər müəyyən edilməlidir. Bu, Ermənistanın prioritetidir”.
Mirzoyan hesab edir ki, sərhədlərin toxunulmazlığı və delimitasiyas-demarkasiya prinsiplərində aydınlığın olmaması gələcəkdə eskalasiya və aqressiyayaya səbəb ola bilər. Ona görə də sülh sazişi elə olmalıdır ki, gələcəkdə sabitlik şübhə altına alınmasın.
Erməni nazir regional iqtisadi kommunikasiyaların və nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması məsələsinə də xüsusi əhəmiyyər verildiyini deyib. Onun sözlərinə görə, sülh təkcə atəşkəsin mövcudluğundan ibarət deyil, bu, həm də açıq sərhədlər, yüklərin və insanların sərbəst və təhlükəsiz hərəkətini özündə ehtiva etməlidir: "Nəqliyyat dəhlizlərinin açılması bir neçə prinsip əsasında aparılmalıdır. Bu prinsiplər isə odur ki, ölkələrin kommunikasiya üzərində suverenlik hüququ bərabərlik və qarşılıqlı olmalıdır. Əgər Azərbaycanın Ermənistan kommunikasiya və dəmir yollarına çıxışı varsa, o zaman Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə edə bilməlidir”.
Elxan SALAHOV