Bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Deputat Fransanın revanşizmi dəstəkləməsi meyillərindən söz açıb:
“Fransa işğal faktlarını bəzən ört-basdır edib, bəzən dəstəkləyib, bəzən maddi yardım göndərib. Azərbaycan işğaldakı ərazilərini azad etdikdən, öz ərazi bütövlüyünü təmin etdikdən sonra belə Fransa yenə də Ermənistana dəstək verir, silah göndərir, onu yeni müharibələrə həvəsləndirir, regionda gərginlik yaradır. Bu, eyni zamanda, bir növ separatizm, revanşizmin dəstəklənməsi və nəticədə, beynəlxalq hüququn pozulmasıdır. Bununla bağlı açıq-aydın beynəlxalq sənədlər, BMT-nin qətnamələri var”.
Fariz İsmayılzadə diqqətə çatdırıb ki, Azərbaycanın dəstək göstərdiyi, yardım göndərdiyi ölkələrin sayı 140-a çatıb:
“Azərbaycan kasıb, inkişaf etməkdə olan ölkələrin hüquqlarını müdafiə edir. Bunu təkcə Yeni Kaledoniyada yox, pandemiya dövründə vaksinlərin paylanılmasında, COP29 tədbirində ada dövlətlərinin hüquqlarının müdafiə olunmasında da gördük. Azərbaycan dünyada əzilən, hüquqları pozulan, sözünü çatdıra bilməyən ölkələri müdafiə edir, onlara yardım göndərir, dəstək verir. Bu, təkcə Yeni Kaledoniyaya yox, bir çox ölkələrə aiddir”. (Trend)