20.10.2024, 02:40
AZ EN
08.01.2024, 11:12 307

MSK sədri: Azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları formalaşdırılıb

XƏBƏRLƏR
  • Növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq formalaşdırılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, ilk olaraq həmin seçki məntəqələri lazımı avadanlıqlarla təchiz edilib: "Artıq orada işlər demək olar ki, tamamlanıb. Orada görülən işlər digər bölgələrdəki seçki məntəqələrinə də nümunə ola bilər. Proseslə bağlı da işləri siz oradan işıqlandıra bilərsiniz". (APA)

Oxşar xəbərlər