"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın sabiq prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan News.am-a müsahibəsində deyib. O, deyib ki, Paşinyan Qərbə çox inanırdı, ona görə də ABŞ və Avropanın regiondakı maraqlarına xidmət etməklə Rusiyanın zəifləyəcəyini və Ermənistanın Moskvadan asılılğının aradan qalxacağını düşünürdü: "Paşinyan hakimiyyətə gələndə bilirdi ki, onun yürüdəcəyi siyasi xətt həm də Qarabağın itirilməsi ilə nəticələnəcək. Yəni, Paşinyan Qarabağdan imtina edir, nəticədə Rusiyanın mövqeyi zəifləyir. Bunun əvəzində Qərb Paşinyana öz dəstəyi ilə cavab verməli idi. Lakin Qərb onu sırf diplomatik olaraq dəstəklədi. Ermənistanın maraqlarının qorunması şərtilə Rusiyanın Cənibi Qafqazdan sıxışdırılıb çıxarılması planın həyata keçirilməsinə gələndə isə Qərbin baş verənlərə təsir göstərmək imkanının olmadığı üzə çıxdı“.
Zurabyan bildirib ki, məhz Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyət başına gələn Paşinyan Rusiyanın Ukraynada məğlub olağacı təbliğatına inanmışdı: "Onu inandırmışdlar ki, Qərb ölkələri birləşib Rusiyanın dizlərinə yerə qoyacaq. Ona görə də Rusiyanı zəif, geri çəkilən bir vahid kimi rədd edərək Qərbə güvəndi. Lakin siyasi reallıqlar Qərbin təbliğatına və onun arzularına uyğun gəlmədi. Qarabağ müharibəsindən sonra Ukraynada başlayan savaşın tən ortasında Paşinyan başa düşdü ki, Rusiyanın diz çökmək asan deyil. Qərbin Ukraynaya dəstəyinin mərhələli şəkildə azalması ilə hər şey aydın oldu və indi Paşinyan yol verdiyi səhvlərdən sığortalanmaq üçün təşəbbüsü ələ almağa çalışır. Bu gün bütün dünya artıq Ukraynanın qaçılmaz məğlubiyyətindən bəhs edir. Bunu Qərbin dəstəyi ilə Rusiyanın zəiflədilməsinə xidmət edən Paşinyan da görür".
Elxan SALAHOV