Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub. (APA)