Bu sözləri sentyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında komitə sədri Ziyafət Əsgərov deyib.
“Sərhədlərimizdə, Qarabağda hər gün atışma gedir. Ermənistan Qarabağda 10 min terrorçu saxlayır. Niyə saxlayır? Axı 2020-ci il noyabrın 10-da imzalanan Bəyanatın 4-cü maddəsində göstərilir ki, rus sülhməramlılarının oraya gəlməsi ilə paralel qanunsuz dəstələr çıxarılmalıdır. Üç il keçib, hələ də yerinə yetirilməyib. Deməli onların saxlanılmasında Ermənistanın məqsədi var. Ermənistanın məqsədi sülh deyil. Bu dövlətin bəyanatları ilə əməlləri arasında uyğunluq yoxdur. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil”, - deyə komitə sədri qeyd edib. (AZƏRTAC)