Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün möhtəşəm bir qələbənin şahidi olduq. Azərbaycan cüdoçuları komanda hesabında çempion oldular, Özbəkistan kollektivinə 4:0 hesabı ilə qalib gəldilər. Ölkəmizdə cüdonun inkişafı bizə beynəlxalq yarışlarda yüksək yer tutmağa kömək edir", - MOK rəsmisi deyib.
O, qeyd edib ki, güləş və idmanın digər başqa növlərində də idmançıların uğurla çıxış edəcəyinə əmindir:
"Ümid edirəm ki, Azərbaycan idmançıları bütün yarışlarda üstünlük qazanacaqlar".
Qeyd edək ki, Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Görüş Azərbaycan millisinin Özbəkistan kollektivi üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. (Report)