11.09.2025, 23:53
AZ EN
03.09.2025, 10:56 50

Avantürist iddialar Ermənistanı qurbanlıq quzuya çevirə bilər

XƏBƏRLƏR
  • "Qarabağ məsələsini spekulyasiya predmetinə çevirənlər bir məqsəd güdürlər: Ermənistan vətəndaşlarını region ölkələri üçün qurbanlıq quzuya çevirmək”.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib. O, bildirib ki, əgər Ermənistanda hələ də Qarabağın yenidən geri alınmasından danışanlar varsa, bunun yolunu göstərsinlər. Bunun yolu isə yenə də savaşdır: "Buna cəhd üçün yalnız bir yol var: müharibə. Məsələn, “Daşnaksütyun” buna hazırdırmı? Bəlkə də Ermənistan vətəndaşlarının həyatı bahasına bu avantüraya getməyə hazırdır.

Mkrtçyan Ermənistan müxalifətinin İrəvanda Qarabağda separatçı proseslərin başlanması ildönümü ilə əlaqədar keçirdiyi mitinqi də avantüra adlandırıb. O, belə səylərin vəziyyəti gərginləşdirməyə xidmət etdiyini vurğulayıb.

Erməni politoloq Qarabağla bağlı avantürist meyllərin arxasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın durduğunu da söyləyib. O, qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarının  nəticələri Ermənistanın varlığını böyük təhlükə altında qoya bilər: "Ermənistan müxalifəti Azərbaycanla sülh danışıqları prosesini yenidən Rusiyanın nəzarətinə qaytarmaq istəyirlər. Onların fikrincə, açıq sərhədlərdənsə bağlı sərhədlərlə daha təhlükəsizdir. Türkiyə ilə açıq sərhəd Ermənistanın məzar daşı və sonudursa, o zaman Türkiyə niyə onu açmır? Müxalifət yalnız bir şeyi istəyir: Ermənistanın vassal olmasını. Robert Köçəryan və Serj Sərkisyan diqqəti cəlb etmək üçün bütün qeyri-standart hərəkətlərə əl ata bilərlər. Amma Ermənistan vətəndaşları nə baş verdiyini bilir, lazım olanda öz siyasi fikirlərini bildirəcəklər”.

Yeri gəlmişkən, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyannövbəti dəfə cəfəng iddia ilə çıxış edib. "Qədim Ermənistanın sərhədləri”ndən danışan sabiq prezident iddia edib ki, sərhədlər guya, Xəzər dənizinədək uzanırmış: “Parfiyadan sonra sərhədləri bütün krallıqlardan daha geniş olan belə bir dövlət haqqında səssiz qalmaq bağışlanmaz olardı. Çünki Ermənistan Kapadokyadan (Türkiyənin vilayəti) Xəzər dənizinə qədər uzanırdı”.

Əslində Petrosyanın tarixi həqiqətlərdən uzaq bu iddiaları uydurma və miflər üzərində qurulub və heç şüübhəsiz, hətta onun özü də həmin yalanlara inanmır.

Elxan SALAHOV

 

Oxşar xəbərlər