19.10.2024, 14:21
AZ EN
13.05.2024, 13:01 298

Ermənistan XİN başçısı: Azərbaycanla saziş regionda sabit sülhün bərqərar olmasına imkan verəcək

XƏBƏRLƏR
  • Ermənistanla Azərbaycan arasında sazişin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək.

Ermənistan KİV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması da sülhün mühüm tərkib hissəsidir:

“Biz nəinki hazırıq, həm də nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq. Xüsusilə, söhbət Azərbaycanla dəmir yolu əlaqələrindən gedir. Bunun tənzimlənməsi təbii ki, bərabərlik prinsipinə uyğun olacaq”. (Report)

Oxşar xəbərlər