Məlum olduğu kimi, oktyabr ayının 20-də Zəngilan Hava Limanın açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açlış mərasimində iştirak ediblər. Açılışdan sonra Cəbrayıl rayonuna səfər edən dövlət başçıları mətbuata birgə bəyanatla çıxış edərək, önəmli mesajlar səsləndiriblər.
Türkiyə Prezidenti R.T.Ərdoğan çıxışı zamanı Zəngəzur dəhlizi və Qərb ölkələrinin ikiüzlü siyasətinə də toxunaraq deyib: ”Haxçıvanı Azərbaycanın qərb rayonlarrı ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu nə narahatlıq uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”.
Daha sonra Türkiyə Prezidenti ATƏT-in və digər beynəlxalq təşkilatların bölgəyə səfər etməməsini də qınayıb: “İndi sağıma baxıram, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər, Çünki öz üzüqaralıqlarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər, təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törətdiyini bilirlər. Lakin bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət məhkəməsinə verək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanımalıyıq”.
Türkiyə Lideri bu önəmli mesajları ilə həm də düşmənlərə və onların havadarlarına demək istəyir ki, Türkiyə hər zaman olduğu kimi, bu gün də, bundan sonra da Azərbaycanın yanındadır, Azərbaycan tək deyil.
Hazırladı: Tahirə AĞAMİRZƏ