18.12.2024, 02:30
AZ EN
24.06.2022, 14:30 442

Səməd Seyidov: "Erməni deputatlarla dialoq qurmaq üçün müraciət etmişəm"

XƏBƏRLƏR
  • "Erməni deputatlarla eyni masa arxasında oturmaq, dialoq qurmaq üçün müraciət etmişəm, ancaq hələ də hər hansı bir cavab ala bilməmişəm".

Avropa bürosunun xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov, AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib.

O, bildirib ki, erməni nümayəndə heyəti Assambleyada qəbuledilməz atmosfer yaradırlar və yanlış yönləndirirlər.

"Biz konstruktiv yanaşaraq onları, burada, Assambleyada eyni masa arxasında oturmağa, müzakirələr aparmağa çağırmışıq. Ancaq hələ də hər hansı bir cavab yoxdur. Hətta bu barədə AŞPA prezidentinə də öz müraciətimizi etmişik. Ermənistan nümayəndə heyəti öz öhdəliklərini başa düşməli, bu qurumu yanıltmamalıdırlar. Ancaq onlar bu parlement üçün işləmirlər, öz şəxsi məqsədlərini güdərək özlərini qəhrəman kimi göstərməyə çalışırlar " - deyə deputat bildirib. (APA)

Oxşar xəbərlər