22.11.2024, 21:00
AZ EN
19.12.2023, 15:17 309

BMT baş katibinin sözçüsü: “Qoşulmama Hərəkatına sədrliyi ərzində Azərbaycanın təşəbbüsləri alqışa layiqdir”

XƏBƏRLƏR
  • Qoşulmama Hərəkatına sədrliyi ərzində Azərbaycanın bütün qlobal çağırışları və təşəbbüsləri alqışa layiqdir.

Bunu müsahibəsində BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

O qeyd edib ki, Baş katib üçün bu, Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı arasında ortaq idealların simvolizmidir.

“Bütün bunlar multikulturalizmlə bağlı ideallar və təşəbbüslərdir ki, heç bir ölkə təkbaşına mövcud olan bütün qlobal problemlərlə mübarizə apara bilməz. Biz sadəcə qlobal həmrəylik, birlik, inam, çoxtərəfli qarşılıqlı münasibətlər sayəsində bu dünyada güclü ola bilərik. Qoşulmama Hərəkatı dünyada multikulturalizm nümunəsi kimi qəbul edilir və bu yanaşma QH tarixində çox mühüm rol oynayır. Soyuq müharibələr boyu belə həmişə belə olmuşdur və bu gün də son dərəcə etibarlılığını davam etdirir. Azərbaycan QH-yə sədrliyi ərzində bu missiyanı uğurla davam etdirdi”, - o deyib.

Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz. (Report)

Oxşar xəbərlər