19.10.2024, 15:44
AZ EN
19.12.2023, 12:30 294

Stefan Dujjarik: "BMT Ermənistan və Azərbaycan arasında sülh quruculuğunu müşayiət etməyə çalışacaq"

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan arasında olan məsələlərin həllində artıq bir sıra dövlətlər münaqişənin sülh yolu ilə həllini tapmasına çalışır və bu danışıqlara liderlik edirdilər.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujjarik deyib.

O qeyd edib ki, Baş katib sırf işə qarışmaq üçün prosesdə iştirak etmək və bəlkə də məsələləri çətinləşdirməmək xatirinə özünü bu işə cəlb etmək istəmir.

“Lakin biz həmişə mövcud olan çərçivəni dəstəkləmişik və bundan sonra da dəstəyimiz davam edəcək”, - o deyib.

S.Dujjarik vurğulayıb ki, son vaxtlar hər iki ölkə arasında münasibətlərin müsbət yöndə inkişafına dair hərəkətlilik var.

“Mənə elə gəlir ki, bu, son bir neçə həftə ərzində çox mühüm addımlar atıldı. Baş katib bununla bağlı bəyanat yayımladı və normallaşma prosesini alqışladı. Biz bundan sonra da Ermənistan və Azərbaycan normallaşma yolunda irəlilədikcə sülh quruculuğunu müşayiət etməyə çalışacağıq”, - Baş katibin sözçüsü deyib.

Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz. (Report)

Oxşar xəbərlər