20.09.2024, 14:32
AZ EN
18.12.2023, 10:53 286

2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri tarixə qızıl həriflərlə yazılmaqla yanaşı, beynəlxalq ictimaiyyətə ciddi bir mesajdır

XƏBƏRLƏR
  • 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə, bütövlükdə dünyamızda yeni reallıqlar yaratdı. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz Prezident İlham Əliyevdir.

Bütün bunları nəzərə alaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Biz təhlükəsizliyimizi, birlik və həmrəyliyimizi daha da gücləndirməliyik.

2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilk dəfə olaraq bütövlükdə Azərbaycanı əhatə edir.Yəni azad olunan ərazilərdə 30 ildən sonra  seçki məntəqələri qurulacq və  Qarabağa Qayıdış konsepsiyası çərçivəsində torpaqlarına dönən keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarında səs verəcəklər. Bu, bizim ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və bu ilin sentyabrında antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Real”TV-yə açıqlamasında bildirib ki, bu dəfəki prezident seçkiləri ölkəmiz üçün  ən qürurverici seçki kimi tarixə düşəcək: “Biz bütün torpaqlarımızı azad etmişik. Artıq konstitsion  quruluşu bütün ərazilərimizdə təmin etmişik. Düzdür, həmin insanlar müxtəlif yerlərdə məskunlaşsalar da, o ərazilər bizim olduğu halda bu günə kimi biz burada heç bir seçkini keçirə bilməmişik. Artıq bütün torpaqlarımızı azad etmişik, həm də qürurvericidir ki, artıq bütün işğaldan azad olunmuş ərazilərdə seçki dairələri, məntəqələri yaradılır və bizim insanlarımız köçürlər ora. Artıq 20 min insanın səsverməsi imkanı var. O mənada, bu baxımdan da bu seçkilər xüsusi önəm daşıyır. Eyni zamanda Azərbaycan bir müddətdir ki, bu prosesə hazırlaşmışdı, partiyaların qeydiyyatı ilə bağlı və digər məsələlərlə bağlı. Həm də bu gün ölkəmizdə çox mühüm islahatlar həyata keçirilir və hesab edirəm ki, bu gün Azərbaycanda Xalq-İqtidar birliyi də ən yüksək səviyyədədir. Bu seçkilərdə növbəti dəfə Azərbaycan xalqının öz iradəsini, qətiyyətini nümayiş etdirdiyinin şahidi olacağıq. Azərbaycan tamamilə yeni bir mərhələyə daxil olur. Yəni 2018-ci ildən bu günə kimi olan dövrə baxsaq, bir neçə il ərzində Azərbaycanın çox sürətli böyük inkişafa nail olduğunun şahidi olarıq. Yəni bu həm iqtisadiyyatın güclənməsi bu gün cənab Prezidentin rəhbərliyi ilə Avropanın, Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz daxilində çox mühüm struktur islahatlar həyata keçirilib, yeni qurumlar yaradılıb, yeni strukturlar yaradılıb və eyni zamanda ən önəmli məsələlərdən biri də Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək öz torpaqlarını azad etdi və biz məğlub xalqdan qalib xalqa çevrildik. Haqlı olaraq da bu gün ayrı-ayrı siyasətçilər, ayrı-ayrı ekspertlər bu seçkini Zəfər seçkisi adlandırırlar.Yəni əslində bu Zəfər seçkisidir. Çünki biz ilk dəfə qalib xalq olaraq belə bir keçkiləri keçiririk. Eyni zamanda bu gün Azərbaycan xalqı bütövlükdə Prezident cənab İlham Əliyevin ətrafında çox sıx birləşib. Bunun da əsas səbəbi Məhz 2018-ci ildən bu günə kimi davam etdirilən bax, bu siyasət, bu olaydır ki, Azərbaycan xalqı bu uğurları yaşayır. Bu gün Azərbaycan xalqına, dünyada münasibət dəyişib cənab Prezientin siyasəti nəticəsində. Bu gün etimad dəyişib, bu gün deyərik ki, bütün dünya dövlətləri Azərbaycanla hesablaşır. Azərbaycan artıq özü öz mövqeyini diqtə edə bilir”.

Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən sonra qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Azad olunan ərazilərimizdə, o cümlədən Xankəndi, Xocalı və Ağdərədə üçrəngli bayrağımız dalğalanır.

2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri tarixə qızıl həriflərlə yazılmaqla yanaşı, beynəlxalq ictimaiyyətə ciddi bir mesajdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR