Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Nazir müavini qeyd edib ki, Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflər Ermənistan və Azərbaycandan olan tərəfdaşlar üçün açıqdır.
O əlavə edib ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi sülh nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq.
M.Qaluzinin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. (Report)