23.12.2024, 22:59
AZ EN
12.12.2023, 20:12 289

Kiprin müdafiə naziri: “Bakı və İrəvanın son bəyanatı regionda sülh üçün tarixi şansdır”

XƏBƏRLƏR
  • “Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Nazirinin ofisinin bu yaxınlarda münasibətləri normallaşdırmaq niyyəti ilə bağlı birgə bəyanatı regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şansdır”.

Bunu Kiprin müdafiə naziri Mixalis Yorqallas Lefkoşada (Nikosiyada)erməni həmkarı Suren Papikyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu irimiqyaslı təşəbbüs regionda çoxdan gözlənilən, beynəlxalq hüququn prinsiplərinə hörmətə və xüsusən də suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə əsaslanan sülhə nail olmaq üçün tarixi şansdır", - M.Yorqallas bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. (Report)

Oxşar xəbərlər