22.09.2024, 02:38
AZ EN
11.12.2023, 12:54 273

Ərdoğan Baydenlə regional məsələləri müzakirə edəcək

XƏBƏRLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə amerikalı həmkarı Baydenlə regional məsələlərlə bağlı mühüm məsələləri müzakirə edəcək. Müzakirələrdə iki əsas məsələ - Qəzza bölgəsindəki hərbi-siyasi vəziyyət və Qafqaz regionunda sülhün möhkəmləndirilməsi üçün Azərbaycanla Ermənistan arasında danışıqlara dəstəyin verilməsi diqqət mərkəzində olacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyə və ABŞ prezidentləri arasında müzakirələr yaxın günlərdə telefon danışığı vasitəsilə aparılacaq. “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazır ki, ABŞ və Türkiyə liderləri İsraillə Fələstin arasında daimi atəşkəs məsələsini, həmçinin münaqişə bitdikdən sonra Qəzzanın statusunu müzakirə edəcəklər.

Bundan başqa, prezidentlərin telefon danışığı zamanı F-16 qırıcılarının satışı və İsveçin NATO-ya daxil olması kimi məsələlər də gündəmə gələ bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər