13.07.2025, 08:38
AZ EN
08.12.2023, 10:22 396

Azad edilən 32 erməni arasında məşhurlar da var - SİYAHI

XƏBƏRLƏR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfindən azad edilən erməni əsilli 32 hərbçinin siyahısı aşıqlanıb. Həmin şəxslərdən 26 nəfəri 2020-ci ilin 13-14 dekabr tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilənlər, digər 6 nəfər isə müxtəlif vaxtlarda Azərbaycan-Ermənistan sərhədində, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş ermənilərdir.

"Vətən səsi" xəbər verir ki, həmin şəxslər arasında iki məşhur erməni də var. Onlardan biri qeyri-rəsmi nikahda olduğu Livan vətəndaşı Maral Nacaryanla birgə 44 günlük müharibədən sonra Şuşada həbs olunmuş Viken Eulcekciandır. Nacaryan snayper kimi müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa gəlmişdi. Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxsin qanunsuz erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı müharibədə iştirak etdiyi təsdiqini tapıb. Məhz buna görə məhkəmənin qərarı ilə Viken Eulcekcian 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

Dünənki razılaşma əsasında azadlığa buraxılan 32 ürməni hərbçisindən biri də 16 avqust 2013-cü il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinirdi. Aşotoviçin cinayət işi üzrə məhkəməsi dünən başa çatıb və Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən, Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan 18 il müddətə azadlıqdan məhrum edilmişdi.

Azad edilən erməni hərbçilər arasında Azərbaycan xalqına qarşı cinayətlər törətmiş qondarma rejim başçılarının olmaması da diqqəti cəlb edir. Ekspertlərin qənaətinə görə, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan kimi şəxslər hərbi əsiurlərin mübadilə siyasına da edilə bilməz.

Azərbaycan və Ermənistan arasında qarşılıqlıqlı razılaşma əsasında azad edilən 32 erməninin siyahısını təqdim edirik:

13-14 dekabr 2020-ci ildə həbs edilənlər:
1. Avakyan Hraç Arzumanoviç
2. Serobyan Geqam Samveloviç
3. Hovanesyan Haykaz Koryunoviç
4. Tosunyan Levon Aşotoviç
5. Baqdasaryan Artur Eduardoviç
6. Stepanyan David Stepanoviç
7. Herabyan Hrayr Hraçoviç
8. Mikaelyan Andranik Vazgenoviç
9. Avakyan Serop Surenoviç
10. Kostanyan Narek Aqaoviç
11. Harutyunyan Varazdat Seryojeviç
12. Martoyan Manuk Hovanesoviç
13. Vardanyan Arsen Araikoviç
14. Dilanyan Arman Vazgenoviç
15. Tadevosyan Hrayr Vardanoviç
16. Bahrikyan Vahagan Edikoviç
17. Aramyan Karen Armenoviç
18. Sukiasyan Andranik Srapoviç
19. Martirosyan Gevorg Samveloviç
20. Kirakosyan Eduard Armeni
21. Gevorkyan Robert Hovikoviç
22. Yegiazaryan Sasun Seyranoviç
23. Hakopyan Volodya Qaqikoviç
24. Avakyan Tiqran Manikoviç
25. Saqatelyan Qriqor Seyranoviç
26. Avetisyan Vaqarşak Aşotoviç

Sərhəddə və Laçın sərhəd buraxılış məntəqəsində tutulanlar:
1. Rafaelyan Vladimir Otari
2. Sarqsyan İşxan Aşoti
3. Ovagimyan Arutyun Yurikoviç
4. Kazaryan Karen Aşotoviç
5. Voskanyan Qagik Aşoti
6. Eulcekcian Viken Abraham.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında əldə olunmuş bu razılıq beynəlxalq ictimaiyyət tərəfindən alqışlanıb. Bu saatlara olan məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller, bu ölkənin keçmiş səfiri Metyu Brayza, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Türkiyənin Xarici İşlər Nazirliyi iki ölkə arasında əldə olunan razılaşmanı dəstəkləyə bəyanatlar yayıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR